Yol polisi "Təmiz hava" aylığını davam etdirir - VİDEO

Yol polisi 9 Aprel 2019 15:55 Oxunub 1125
Yol polisi "Təmiz hava" aylığını davam etdirir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tədbirlər respublikanın bütün bölgələrində davam edir

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçirilən "Təmiz hava aylığı" çərçivəsində tədbirlər davam edir. Aylıq çərçivəsində bütün stasionar postlarda, eyni zamanda rayon polis şöbə və bölmələrində maarifləndirici tədbirlər keçirilir. Xüsusi cihazlarla avtomobillərin ixrac etdiyi zəhərli qazların miqdarı ölçülür. 
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyevin Avtosfer.az-a verdiyi məlumata görə, martın 28-dən aprelin 28-dək Baş İdarə tərəfindən ölkə ərazisində "Təmiz hava” aylığı keçirilir. Bunun əsas məqsədi avtomobillərin istismarı nəticəsində atmosferə atılan qazlarını insanların sağlamlığına təhlükə yaratması eləcədə havanın çirkləndirilməsinin qarşısının alınmasıdır”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin nəzərinə çatdırır ki, istifadələrində olan nəqliyyat vasitələrinin yanacaq sisteminə nəzarət etməklə, saz vəziyyətə saxlanılmalıdır və xaric olunan qazlarının tərkibi ekoloji təhlükəsiz normalara uyğun olunmalıdır. Ekoloji təhlükəsiz normalarına cavab verməyən avtomobillər yol polisi əməkdaşları tərəfindən aşkar olunaraq, sürücüləri inzibati məsuliyyətə cəlb olunacaqlar.

Tədbirlər respublikanın bütün bölgələrində davam edir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh