Azərbaycanda sığorta əməkdaşı 11 nəfərə "atdı" - Sürücülər cərimələndi

Qaydalar 9 Aprel 2019 14:36 Oxunub 2260
Azərbaycanda sığorta əməkdaşı 11 nəfərə "atdı" - Sürücülər cərimələndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sığorta işçisi pulu alsa da, sistemə vurmadığı üçün sürücülər cərimə olunurmuş

Özünü sığorta şirkətinin əməkdaşı kimi təqdim edən şəxs 11 nəfərə qarşı dələduzluq edib. Avtosfer.az-ın məlumatına görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb. Belə ki, şəhər sakini Mehdi Abbasov idarə etdiyi "KamAZ" markalı yük maşınını sığorta etdirmək üçün şirkətə müraciət edib. Ona şirkətin Anar Aslanov adlı işçisi yaxınlaşaraq nəqliyyat vasitəsini sığorta edəcəyini bildirib və ondan nəzərdə tutulmuş məbləği alıb. Dələduzluq faktı yük maşınına yazılmış cərimələrdən sonra üzə çıxıb. Şirkət ənəkdaşının pulu aldıqdan sonra bildiriş verməsinə baxmayaraq, məbləğin sistemdə öz əksini tapmadığı məlum olub. Zərərçəkmiş Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək ona dəymiş ziyanın geri qaytarılmasını tələb edib.

Məsələ ilə bağlı şirkətinin rəsmisi Asif Abbasov "Report"a vətəndaşın dələduzluqla üzləşdiyini və artıq həmin əməkdaşın işdən kənarlaşdırıldığını bildirib. 

Araşdırmalar nəticəsində onun zərəçəkmiş Mehdi Abbasovla birlikdə 11 nəfərə qarşı dələduzluq etdiyi ortaya çıxıb. 

Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh