BMW 121 min avtomobili geri çağırır

Avtoxəbər 9 Aprel 2019 20:26 Oxunub 1252
BMW 121 min avtomobili geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət qüsurlu hissələri öz hesabına dəyişəcək

Almaniyanın avtomobil brendi BMW Çin bazarında satdığı 121 min 381 avtomobili elektrik sistemindəki qüsurlara görə geri çağırır. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, geri çağırılan avtomobillər 2009-2011-ci illərdə Çində istehsal olunan və xaricdən idxal edilən BMW 318i, 320i, 325i and X1 model nəqliyyat vasitələridir. Mütəxəssislərin qənaətinə görə, konstruksiya qüsurları səbəbindən elektrik kabellərində qoşulmada problemlər ortaya çıxa bilər ki, bu da təhlükəli halların yaranması ilə nəticələnər.

BMW-nin Çindəki tərəfdaşı “Brilliance China Automotive Holdings” qüsurlu hissələri öz hesabına dəyişəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh