«Range Rover»in «kitayski əkiz»ini yaratdılar - FOTO

Avtoxəbər 22 Mart 2015 22:07 Oxunub 3297
«Range Rover»in «kitayski əkiz»ini yaratdılar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Landwind X7» bazarda «Evoque» modelinə nisbətən 3 dəfə ucuz qiymətə təklif ediləcək

Çin avtomobil istehsalçısı Landwind iyunda açıq-aşkar «Range Rover Evoque» modelinə oxşayan X7 yolsuzluq avtomobilinin satışlarına başlayacağını elan edib. Yeni avtomobil keçən il Quançjou avtosalonunda debüt etmişdi. 

Avtosfer.az 4charx.com-a istinadən bildirir ki, öz xarici görkəmi və interyeri ilə bütünlükə Evoque modelini təkrarlayan Landwind X7 yolsuzluq avtomobili vaxtilə çox böyük qalmaqala səbəb olmuşdu. «Land Rover» rəhbərliyi məhkəməyə müraciət edərək öz müəllif hüquqlarını qorumağa cəhd etsə də, bu onlar üçün heç bir nəticə verməmişdi.

Tam oxşarlığa baxmayaraq «Landwind X7» bazarda Evoque modelinə nisbətən 3 dəfə ucuz qiymətə təklif ediləcək. Çin krossoverin başlanğıc komplektasiyasında qiyməti 24 min dollar olacağı halda Britaniya modeli üçün Çində 71 min 600 dollar tələb olunur. Avtomobilin ixracı təbii ki, nəzərdə tutulmur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh