Azərbaycan yığma komandası Sloveniyaya gedir – FOTO

Yarışma 10 Aprel 2019 14:41 Oxunub 1354
Azərbaycan yığma komandası Sloveniyaya gedir – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yelkənli İdman Federasiyasının idmançıları 14 ölkədən 447 idmançının qatılacağı yarışda iştirakedəcək

Yelkənli İdman Federasiyasının yığma komandası aprelin 18-22-i tarixlərində Optimist və Laser sinifləri üzrə keçirləcək “32-th Izola Spring Cup” və “Easter Regata” yarışlarında iştirak üçün Sloveniyaya səfər edəcək. Federasiyadan Avtosfer.az-a bildirilib ki, yelkənçilərimiz yarışlara başlamazdan əvvəl 14-18 aprel tarixlərində beynəlxalq səviyyəli məşqçi Draqan Gasicin rəhbərliyi ilə təlim məşqlərdə iştirak edəcəklər. 14 ölkədən 447 idmançının qatılacağı yarışlar Yelkənli İdman Federasiyasının yığma komandasının Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Azərbaycanı yarışlarda Optimist sinfi üzrə yelkənçilərimiz Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Murad Hacı-zadə, Murad İsmayılov, Səxavət Əzimov, Laser sinfi üzrə Murad Allahverdi və İsmayıl Kərimov, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı, köməkçi məşqçi Anton Vilyayev  təmsil edəcəklər.
 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh