"Yol hərəkəti təhlükəsizliyinə yanaşmalar kökündən dəyişməlidir" - Ərşad Hüseynov

Yeniliklər 11 Aprel 2019 10:44 Oxunub 1281
"Yol hərəkəti təhlükəsizliyinə yanaşmalar kökündən dəyişməlidir" - Ərşad Hüseynov
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məsul qurumların və vəzifəli şəxslərin işi nəzərdən keçirilməlidir

"Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına yanaşmaları kökündən dəyişməliyik." Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad hüseynov deyib. Onun sözlərinə görə,  yol hərəkəti təhlükəsizliyinə belə bir fəlsəfi yanaşma olmalıdır. Yol infrastrukturu, hərəkətin təşkili, xüsusən svetoforlar, nişanlar, xətlər elə tətbiq edilməli və işləməlidir ki: 
1. Ən intizamsız və diqqətsiz hərəkət iştirakşısının (piyadanın, sürücünün, velosipedçinin və s.) da səhv edə biləcəyi, qavramayacağı, anlamayacağı məqamlar minimuma ensin;
2. Kimsə səhv edəndə bunun nəticəsi ən minimal zərərdən ibarət olsun.
Ə. Hüseynov bununla bağlı tarixi də xatırladıb. "Hələ Qədim Romadan qalma belə bir aforizm var: "Errare humanum est", yəni səhv etmək insana xasdır, insanın xüsusiyyətidir. Gərək elə edəsən ki, səhv minimum və az zərərli olsun. Ona görə də müasir dövrdə hərəkət təhlükəsizliyinin təmin olunması məsuliyyətin bölünməsi prinsipi üzərində inkişaf edir. Bunun mənası odur ki, yollarda təhlükəsizlik təkcə hərəkət iştirakçılarının davranışından deyil, həm də hərəkəti təşkil edənlərin, infrastrukturu quran, idarə və nəzarət edənlərin ifəaliyyətindən və məsuliyyətindən asılıdır. Baş verən konkret hadisəyə qiymət verərkən təkcə sürücü və piyadanın hərəkətləri deyil, həm də məsul qurumların və vəzifəli şəxslərin işi nəzərdən keçirilməlidir."

Hüquqşünas bildirib ki, qeyd olunanlara nəqliyyat parkının təhlükəsizliyi və buna nəzarət, hərəkət iştirakçılarının, xüsusən sürüclərin maarifləndirilməsi və peşəkarlığın artırılması da daxildir. "Bəhs etdiyim fəlsəfi yanaşma imkişaf etmiş ölkələrdə çoxdan əxz olunub. Hətta indi bu yanaşmanı yol hərəkəti təhlükəsizliyi səviyyəsi bizdəkindən çox aşağı olan Asiya və Afrika ölkələrində də görürük."

Qeyd edən ki, 2018-ci ilin dekabrında qəbul edilən Dövlət proqramında hüquqşünasın dediyi ideya öz əksini tapıb. 

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh