“Formula 1”in sabiq sahibi Bakıya gələcək

Yarışma 11 Aprel 2019 11:19 Oxunub 1325
“Formula 1”in sabiq sahibi Bakıya gələcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Şanxaya getmək istəyirdim, amma fikrimi dəyişdim”

“Formula 1”in sabiq sahibi Berni Ekklstoun növbəti dəfə Bakıya gələcək. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, 89 yaşlı britaniyalı iş adamı bu barədə “Corriere della Sera”ya müsahibəsində bildirib. O, “Formula 1” üzrə 2019-cu il Azərbaycan Qran-prisini izləmək üçün Bakıya səfər edəcəyini söyləyib. Keçmiş funksioner cari mövsümdə cəmi 2 mərhələni canlı izləməyi planlaşdırıdığını deyib: “Həftəsonu Çində baş tutacaq yarışa Londonda televiziya vasitəsi ilə baxacağam. Şanxaya getmək istəyirdim, amma fikrimi dəyişdim. Ola bilsin, Bakıya yollandım və Barselonadakı yarışı buraxmadım”.

B.Ekklstoun “Formula-1” 1974-cü ildən 2017-ci ilin əvvəlinə qədər rəhbərlik edib. O, əvvəlki illərdə də Azərbaycan Qran-prisini izləmək üçün Bakıya gəlib.

Qeyd edək ki, Azərbaycan 26 - 28 apreldə 4-cü dəfə “Formula 1” yarışına ev sahibliyi edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh