Bakıda qadın sürücünün törətdiyi ağır qəzadan anbaan VİDEO

Avtoreyd 24 Mart 2015 00:57 Oxunub 8677
Bakıda qadın sürücünün törətdiyi ağır qəzadan anbaan VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Svetoforun qırmızı işığından keçən sürücü 3 maşını vurub əzdi

Avtosfer.az saytı paytaxtın Bakıxanov küçəsində baş vermiş ağır yol qəzasının videosunu təqdim edir. DİN-in «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan görüntülərdən məlum olur ki, Bakıxanov küçəsində svetoforun qırmızı işığı yanır. Lakin ağ rəngli minik maşınını idarə edən xanım sürücü qırmızı işıqda hərəkəti davam etdirirək zəncirvari qəza törədir.

Onun kobud qayda pozuntusu ucbatından öz yolu ilə hərəkət edən 3 avtomobil əzilir. Toqquşma o qədər sürətlə baş verir ki, xanım sürücünün olduğu avtomobilin sürücü əyləşən tərəfi bərk əzilir. Bu səbəbdən də qəzadan sonra xanım sürücü maşından çıxa bilmir. Onu hadisə yerinə gələn yol polisləri və vətəndaşlar digər qapıdan çıxırırlar.

Kadrlarda görünür ki, maşında başqa bir xanım və azyaşlı da var. Maraqlısı budur ki, svetoforun qırmızı işığının yanmasına baxmayaraq, xanım sürücü hərəkəti sürətlə davam etdirir. Sanki o, svetofora əhəmiyyət vermir...

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Mahire Emirhuseynova 10 Noyabr 2014 22:55
Diqqetle fikir verseniz goressiz ki sagdan gelen mashin xanimin mashinini sixir, xanim ne etmeliydixanimda gunah gormurem!
Natiq 10 Noyabr 2014 22:55
Deyesen yol hereketinden xeberiniz yoxdur. Orada svetaforda qirmizi isigi gormursuz