Tranzit və xarici nömrə ilə avtomobil sürənlərin nəzərinə - Cərimələr

Yeniliklər 12 Aprel 2019 10:56 Oxunub 5433
Tranzit və xarici nömrə ilə avtomobil sürənlərin nəzərinə - Cərimələr
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün radarları "sayıb" və cəmləndikdə 2000 manata yaxın cəriməsi alınır

"Dünən bir nəfər müraciət edib ki, Gürcüstandan avtomobil gətirəndə Bakıya qədər bütün radarları "sayıb" və cəmləndikdə 2000 manata yaxın cəriməsi alınır. Son günlər belə məlumatlar tez-tez gəlir". Avtosfer.az xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, bu yaxınlara qədər DYP-nin mərkəzi məlumat sistemi tranzit və xarici nömrəli avtomobillərlə törədilən qayda pozuntularını avtomatik qeydə almaqda və məlumatı emal etməkdə çətinlik çəkirmiş. İndi problem aradan qalxıb. Artıq belə nömrələri də ümumi şəkildə qeydə almaq mümkündür: "Ona görə də bunu əvvəllər bilib, sui-istifadə edənlər diqqətli olsunlar".

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh