500 min avroya avtomobil açarı satılır – FOTO
Avtoxəbər 12 Aprel 2019 12:06 184 dəfə oxunub
500 min avroya avtomobil açarı satılır – FOTO
Hər bir nüsxənin üzərində ayrı-ayrı saatsazlar və mühəndislər işləyib

Finlandiyanın “Awain” şirkəti superavtomobillər üçün qiymətli daşlarla bəzədilmiş açarlar hazırlayıb. Hər bir nüsxənin üzərində ayrı-ayrı saatsazlar və mühəndislər işləyib. Hər bir iş əl ilə görülüb. Avtosfer.az Bizimyol.info-ya istinadən xəbər verir ki, açarların ən bahalısı 500 min avroyadır. Yəni bu açar “Lamborghini Aventador SVJ Roadster” avtomobilindən daha bahadır.

“Awain” şirkətinin hazladığı maşın açarı

“Awain” şirkətinin yaradıcısı və rəhbəri Calmari Mattila keçmiş avtojurnalistdir. Superavtomobillər üçün istehsal olunan açarlar onun heç vaxt xoşuna gəlməyib. Buna görə də dizayner Leevi Markkuli və saat ustası Yoakim Cokelin köməyi ilə ortaya çıxan işi çox bəyənir.

“Awain” şirkətinin hazladığı maşın açarı

Bu açarlar üçün qiymətli metallar, xüsusi ağac növü, təbii yüksəkkeyfiyyətli dəri və zinət əşyaları istifadə olunur. Bir nüsxənin hazırlanması üçün 300 saata qədər zamana ehtiyac var.

“Awain” şirkətinin hazladığı maşın açarı

Baza modeli olan “Quantum” çəkisi 3,45 karat olan 354 brilyantla bəzədilib. Sonradan “Serenity” modelinə daha çox brilyant işlədildi (1250). Bunların qiyməti uyğun olaraq 49 və 89 min avroyadır.

“Awain” şirkətinin hazladığı maşın açarı

Qiyməti 500 min avro olan ən bahalı model “Phantom” adlanır.

“Awain” şirkətinin hazladığı maşın açarı

Bunun üçün 34,5 karat və ya 7,1 qram brilyant istifadə olunub. Açarın örtüyünə isə 175 qram qızıl gedib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh