Rusiya öz vətəndaşlarını pulsuz kosmosa aparacaq

Texnologiya 12 Aprel 2019 11:45 Oxunub 1396
Rusiya öz vətəndaşlarını pulsuz kosmosa aparacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təxminən üç saat ərzində “Proqress” hava gəmisi ilə Beynəlxalq kosmik stansiyaya çatmaq mümkündür

Rusiyada adi insanlar da kosmosa uça biləcək. “Roskosmos” dövlət korporasiyasının rəhbəri Dmitri Roqozin mətbuat konfransında belə məlumat verib. Avtosfer.az Bizimyol.info-ya istinadən xəbər verir ki, o, rusların kosmosa pulsuz gedə biləcəyini deyib. Təxminən üç saat ərzində “Proqress” hava gəmisi ilə Beynəlxalq kosmik stansiyaya çatmaq mümkündür.

Dmitri Roqozin

Dmitri Roqozin

Roqozinin dediyinə görə, əvvəlcə arzulayanlara müəyyən məbləğ müqabilində kosmosa uçmaq şəraiti yaradılacaq. Zaman keçdikcə dövlət qarşısında xidmətləri olan insanları pulsuz aparmaq ideyası var.

Proqress MS-09

Proqress MS-09 kosmik stansiya

İlk qısa uçuş sxemini keçən ilin oyulunda “Proqress MS-09” ilə həyata keçirmişdilər. Onda uçuş 3,5 saat sürmüşdü. Rekordu isə “TASS” təzələdi. Bir müddət sonra baş tutan uçuşa cəmi 3 saat 21 dəqiqə lazım oldu.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh