Təcili yadım maşını avtomobillə toqquşdu: 9 yaralı - FOTO

Avtosfer Foto 12 Aprel 2019 21:33 Oxunub 2486
Təcili yadım maşını avtomobillə toqquşdu: 9 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəstəxanadan Aydın Zənginin vəziyyətinin ağır olduğu bildirilib

Türkiyədə təcili tibbi yadım maşını və avtomobilin iştirakı ilə yol qəzası baş verib. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Qəhrəmanmaraş vilayətinin Narlı məhəlləsində qeydə alınıb.

İddiaya görə, Qaziantepdən Qəhrəmanmaraşa xəstə aparan Sədullah Çayırın idarəetməsindəki 46 PD 060 qeydiyyat nişanlı təcili tibbi yadım maşını, Üçyol qovşağında Aydın Zənginin idarə etdiyi 02 DE 125 qeydiyyat nişanlı avtomobillə toqquşub.

Təcili tibbi yadım maşınında olan sürücü, həkim, dayə, 2 günlük körpə və avtomobildə olan 5 nəfər xəsarət alıb.

Vətəndaşların xəbər verməsi ilə qəza yerinə səhiyyə və polis əməkdaşları gəlib.

Yaralılar təcili tibbi yardım maşınları ilə Qəhrəmanmaraş vilayətində yerləşən müxtəlif xəstəxanalara yerləşdiriliblər.

Xəstəxanadan Aydın Zənginin vəziyyətinin ağır olduğu bildirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh