Asfalt dolu yük maşını gözəllik salonuna çırpıldı: 2 qadın yandı - FOTO

Avtosfer Foto 12 Aprel 2019 20:40 Oxunub 1598
Asfalt dolu yük maşını gözəllik salonuna çırpıldı: 2 qadın yandı  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırma aparır

Türkiyədə asfalt dolu yük maşını gözəllik salonuna çırpılıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə günorta saatlarında Qəhrəmanmaraş vilayətinin Elbistan rayonu Yaşılyurd məhəlləsində qeydə alınıb.

Elbistan bələdiyyəsinin əməkdaşları yolda asfaltlama işləri aparan vaxt sürücüsü Mevlud B. isti asfalt dolu yük maşınını yol kənarına park edib.

Əyləcində yaranan nasazlıq səbəbindən hərəkət edərək əvvəlcə təhlükəsizlik kamerası dirəyinə, sonra park edilmiş nəqliyyat vasitəsinə çırpılaraq gözəllik salonuna girib.

Bu zaman salonda olan qadınlardan ikisinin üzərinə isti asfalt tökülüb.

Bədənlərində yanıqlar əmələ gələn yaralılar təcili tibbi yadım maşını ilə Elbistan Dövlət Xəstəxanasına aparılıblar.

Polis qəza ilə bağlı araşdırma aparır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh