"Range Rover"in vurduğu piyada öldü - FOTO

Qaydalar 13 Aprel 2019 01:41 Oxunub 1838
"Range Rover"in vurduğu piyada öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib

Bakı-Qazax magistral yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bildirilir ki, 90-SV-091 qeydiyyat nişanlı, Bəxtiyar Əlizadənin idarə etdiyi "Range Rover" markalı minik maşını yolu keçmək istəyən piyadanı vurub. İlkin məlumata görə, təxminən 30-35 yaşlı, adı Xəyal olan həmin piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hazırda faktla bağlı Baş DYP İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırmalar aparılır.

 

ONA

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh