Şəki polisi təhsil müəssisələrində təbliğatı davam etdirir

Yol polisi 13 Aprel 2019 10:25 Oxunub 2401
Şəki polisi təhsil müəssisələrində təbliğatı davam etdirir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məktəbliləri maraqlandıran suallar cavablandırılıb

2018/2019-cu tədris ilində, Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü və Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə, eləcə də Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradovun göstərişi və nəzarəti altında rayonun təhsil müəssisələrində "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında maarifləndirici tədbirlər davam etdirilir.

Növbəti tədbir, 12 aprel 2019-cu il tarixdə Şəki rayonu, Şorsu kənd tam orta məktəbində keçirilib.

Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov, Şəki Rayon Prokuroru, baş ədliyyə müşaviri Elmar Camalov, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz rayonları üzrə qazisi, Kamran Məmmədov, məktəbin direktoru Şərəf Şüayeva, digər qonaqlar və müəllimlər, eləcə də məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Qeyd olunan mövzularla bağlı çıxışlar edilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Təhsil müəssisələrində bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi qeyd olunub.

Tədbirin yekununda, Şəki rayonu, Şorsu kənd tam orta məktəbinin direktoru Şərəf Şüayeva, belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu cür maarifləndirici tədbirin keçirilməsinə görə, hüquq mühafizə orqanlarının rəhbərlərinə və əməkdaşlarına öz minnətdarlığını bildirib.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh