“Huawei” “5G” dəstəkli sürücüsüz işləyən "ağıllı” avtomobil təqdim edəcək

Texnologiya 13 Aprel 2019 20:06 Oxunub 3089
“Huawei” “5G” dəstəkli sürücüsüz işləyən "ağıllı” avtomobil təqdim edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət yerli avtomobil istehsalçısı ilə birgə hazırlanmış öz ilk "ağıllı" avtomobilini təqdim etməyə hazırlaşır

"Yicai Global" nəşrinin məlumatına görə, Çinin "Huawei Technologies" şirkəti Şanxay avtosalonu çərçivəsində "Dongfeng Motor" adlı yerli avtomobil istehsalçısı ilə birgə hazırlanmış öz ilk "ağıllı" avtomobilini təqdim etməyə hazırlaşır.

Avtosfer.az Azərtaca-a istinadən xəbər verir ki, layihənin təfərrüatları ilə tanış mənbələr bildiriblər ki, nəqliyyat vasitəsi sərnişinlərin hərəkət zamanı informasiya əldə etməsi üçün "5G" şəbəkəsi və "bulud" funksiyalarını dəstəkləyəcək.

Cari ayın əvvəlində "Huawei" və "Dongfeng" şirkətləri Xubey əyalətində Syanyan şəhərinin səlahiyyətli nümayəndələri ilə razılaşma imzalayıblar. Partnyorlar 450 milyon dollar məbləği müqabilində avtonom avtomobil və bulud xidmətləri əsasında sərnişinləri sürücüsüz daşımağa və "5G" şəbəkəsində daimi informasiya mübadiləsi sayəsində tıxac və qəzalardan xilas olmağa imkan verən nəqliyyat platforması hazırlamağa söz veriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh