"Təmiz hava" aylığı davam edir: "Nəvai" postunda maarifləndirmə tədbiri - VİDEO

Yol polisi 15 Aprel 2019 12:57 Oxunub 1277
"Təmiz hava" aylığı davam edir: "Nəvai" postunda maarifləndirmə tədbiri - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əksər sürücülərin avtomobillərində ixrac olunan zəhərli qazların miqdarı normadır

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçirilən "Təmiz hava aylığı" çərçivəsində tədbirlər davam edir. Aylıq çərçivəsində bütün stasionar postlarda, eyni zamanda rayon polis şöbə və bölmələrində maarifləndirici tədbirlər keçirilir. Xüsusi cihazlarla avtomobillərin ixrac etdiyi zəhərli qazların miqdarı ölçülür. 

Martın 28-dən aprelin 28-dək Baş İdarə tərəfindən ölkə ərazisində "Təmiz hava” aylığı çərçivəsində "Nəvai" postunda maarifləndirici tədbir keçirilib. 
Avtosfer.az-ın əməkdaşlarının iştirak etdiyi tədbir zamanı saxlanılan sürücülərə əsas məqsədin avtomobillərin istismarı nəticəsində atmosferə atılan qazlarını insanların sağlamlığına təhlükə yaratması eləcədə havanın çirkləndirilməsinin qarşısının alınması olduğu izah olunub.

Bildirilib ki, nəqliyyat vasitələrinin yanacaq sisteminə nəzarət etməklə, saz vəziyyətə saxlanılmalı və xaric olunan qazlarının tərkibi ekoloji təhlükəsiz normalara uyğun olunmalıdır. 
Sevindirici haldır ki, saxlanılan əksər sürücülərin avtomobillərində ixrac olunan zəhərli qazların miqdarı normalara uyğun olub. Normadan az artıq zəhərli qaz ixrac edən avtomobillərin sürücülərinə xəbərdarlıq olunub. Bir sürücü avtomobili ekoloji təhlükəsiz normalarına cavab vermədiyinə görə inzibati qaydada cərimələnib.

Qeyd edək ki, tədbirlər respublikanın bütün bölgələrində də davam edir.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh