"Azneft" dairəsi bağlandı: alternativ yollar açıqlandı - FOTO

Yeniliklər 15 Aprel 2019 12:46 Oxunub 3490
"Azneft" dairəsi bağlandı: alternativ yollar açıqlandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: "Sürücülər tıxacla qarşılaşmamaq üçün alternativ yollardan istifadə etsinlər"

Bakının mərkəzi küçəsində hərəkət üzrə dəyişiklik edilib. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirib ki, "Azneft" dairəsi kimi tanınan ərazi "Formula 1" Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar beton maneələr düzüldüyü üçün bağlanıb. Vaqif Əsədov bu istiqamətdə hərəkət edən sürücülərə müraciət edərək bildirib ki, tıxacla qarşılaşmamaq üçün alternativ yollardan istifadə etsinlər.

"Yaxşı olar ki, sürücülər Bayıl qəsəbəsi daxilindəki yollardan keçməklə Mikayıl Hüseynov, Teymur Elçin, Lermontov və həmin ərazi üzrə digər küçələrdən istifadə etsinlər. Eyni zamanda cənubdan gələn sürücülər isə Bakı - Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla paytaxta daxil ola bilərlər. Burada Yasamal rayonu ərazisi, Ziya Bünyadov və ərazilər üzrə hərəkət edə bilərlər. Cənub istiqamətində mərkəzdən hərəkət edən sürücülər də yaxşı olar ki, Cavanşir körpüsünə çatmamış Yusif Səfərov küçəsi ilə hərəkət edərək metronun Gənclik və ya Nərimov stansiyaları istiqamətində hərəkət etməyə üstünlük versinlər."

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh