Abşeronda iki avtomobil toqquşub, ölən var
Qəzalar 15 Aprel 2019 14:51 135 dəfə oxunub
Abşeronda iki avtomobil toqquşub, ölən var
“VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub

Abşeron rayonunun Qobu qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 14-də saat 15 radələrində Bakı şəhər sakinləri Nazim Fərəcovun idarə etdiyi “VAZ-2107” və Mövləddin Qurbanməhəmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Fərəcov hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.
Abşeron Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Fidan

ŞƏRH YAZ
Ad
E-mail
Şərh