Yol polisi Səbaildə "Təmiz hava" aylığı keçirdi - FOTO

Yol polisi 15 Aprel 2019 15:38 Oxunub 5172
Yol polisi Səbaildə "Təmiz hava" aylığı keçirdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Normadan 3 dəfə artıq zəhərli qaz ixrac edən avtomobillər aşkarlanıb

Bu gün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində "Təmiz hava" aylığı çərçivəsində maarifləndirici tədbir keçirib. Avtosfer.az xəbər verir ki, tədbir zamanı 30-dan çox nəqliyyat vasitəsi saxlanılıb. Yoxlama zamanı 8 avtomobildə ixrac olunan zəhərli qazların miqdarı normadan 3 dəfə artıq olduğu üçün həmin nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati qaydada protokol tərtib olunub. Əksər avtomobillərdə göstəricilər normalara uyğun olub. Bəzi nəqliyyat vasitələrində isə normadan az artıq zəhərli qaz ixracı olduğu üçün YPX əməkdaşı sürücülərə xəbərdarlıq edilib. Problemin tezliklə aradan qaldırılması tövsiyə olunub. 


Reyd zamanı yalnız bir sürücü tabesizlik göstərməyə çalışıb və cərimə olunmasına etirazını bildirib. O, qeyd edib ki, mühərrikin bu vəziyyətə düşməsi, zəhərli qazların miqdarının artıq olması yanacağın keyfiyyəti ilə bağlıdır. Ona görə də yol polisi cərimə yazmamalıdır. Lakin DYP əməkdaşları həmin sürücüyə hüquq və vəzifələrini izah edib, avtomobili müayinə ediblər. Məlum olub ki, nəqliyyat vasitəsinin ixrac etdiyi zəhərli qazların miqdarı normadan 3 dəfə artıqdır. Həmin sürücü barəsində inzibati qaydada protokol tərtib olunub, amma sürücü narazı qalaraq şikayət edəcəyini bildirib. 


Qeyd edək ki, ölkə ərazisində tədbirlər davam edir.

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh