İki maşın toqquşdu: 5 ölü, 4 yaralı - FOTO

Avtosfer Foto 15 Aprel 2019 16:38 Oxunub 2910
İki maşın toqquşdu: 5 ölü, 4 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Diyarbəkir vilayətində ağır yol qəzası baş verib. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə Kocaköy rayonu, Diyarbəkir-Bingöl avtomobil yolunun 65-ci kilometrliyində qeydə alınıb.

İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində, avtomobillərdən biri yol kənarına aşıb. Toqquşmanın şiddətində hər iki maşın deformasiyaya uğrayıb.

Nəticədə biri körpə olmaqla 5 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya yerləşdirilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh