Bakıda yol tikintisi üçün 3 milyon manat ayrılıb
Gündəm 15 Aprel 2019 17:04 615 dəfə oxunub
Bakıda yol tikintisi üçün 3 milyon manat ayrılıb
Prezident İlham Əliyev bu haqda sərəncam imzalayıb

Prezident İlham Əliyev "Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncamla Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh