"Cindar Hüseyn” və anasının məhkəməsi başlayıb
Gündəm 15 Aprel 2019 20:16 353 dəfə oxunub
"Cindar Hüseyn” və anasının məhkəməsi başlayıb
Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə başlayıb. Avtosfer.az "Report"a istinadən xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra L.İbrahimova dövlət tərəfəndən təyin edilmiş vəkildən imtina etdiyini, özünə yeni vəkil tutacağını bildirib.

Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin edilib.

Qeyd edək ki, "Cindar Hüseyn” ləqəbi ilə tanınan, falçı H.Əlizadə və onun anası L.İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar. Onlara qarşı irəli sürülən ittihama görə, H.Əlizadə anası ilə birlikdə təkcə zərərçəkmiş Rübabə Ağayevadan külli miqdarda pul və qızıl-zinət əşyalarını fırıldaq yolu ilə ələ keçirib.

R.Ağayeva bildirib, o, "Cindar Hüseyn”ə, ümumilikdə, 300 min manata yaxın pul - 57000 ABŞ dolları, 15000 Böyük Britanya funt sterlinqi, 47000 manat və 55 min manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.

Məlumata görə, pulları Ağayevlər ailəsindən cinlərə qonaqlıq vermək adı ilə alan H.Əlizadə və anasının cinayət işi Binəqədi rayon prokurorluğunda araşdırıldıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib.

Cinayət işində 13 zərərçəkmiş var.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh