Nəhəng təkər yolda xətt çəkən işçinin üzərində keçdi - VİDEO
Avtosfer TV 15 Aprel 2019 21:40 989 dəfə oxunub
Nəhəng təkər yolda xətt çəkən işçinin üzərində keçdi - VİDEO
Xəstəxanaya yerləşdirilən işçinin vəziyyətinin normal olduğu bildirilib

Çində hərəkətdə olan yük maşını manevr edən vaxt təkəri yerindən çıxıb. Təkər əvvəlcə yolda xətləmə aparan işçilərin birinin üzərində keçib, sonra da bir motosikletə dəyərək dayanıb. Avtosfer.az xəbər verir ki, hadisə ölkənin şərqində yerləşən Jiangsu əyalətinin Zhangjiagang rayonunda baş verib.

Yerli media xəstəxanaya yerləşdirilən işçinin vəziyyətinin normal olduğu barədə məlumat verib.

Baş verən anlar isə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Avtosfer.az DHA-ya istinadən həmin kadrları təqdim edir:

 

Namiq

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh