Bir ayaqlı dustaq "avtozak"dan belə qaçdı - VİDEO, FOTO

Avtoxəbər 24 Mart 2015 23:15 Oxunub 3527
Bir ayaqlı dustaq "avtozak"dan belə qaçdı - VİDEO, FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
41 yaşlı Vladimir Bespalov onu müşayət edən konvoyları güllələyib

Rusiyada bir ayağı protez olan əlil düstaq maşınından qaçıb. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, Vladivostokda baş verən hadisə zamanı 41 yaşlı Vladimir Bespalov "avtozak"dan qaçarkən onu müşayət edən konvoyları güllələyib. Qətldən sonra o sərnişin avtobusuna minib və hadisə yerindən uzaqlaşıb. Vladivostokda polis əməkdaşları hadisədən sonra şəhərdəki bütün sərnişin avtobuslarını yoxlasalar da Vladimir Bespalovu tapa bilməyiblər. Onun axtarışları davam edir. Polisin məlumatına görə, cinayət vaxtı Vladimir Bespalov boz kofta və qəhvəyi şalvarda olub. Onun bir ayağı axsayır, çünki ayağı dizə qədər protez altındadır.

41 yaşlı Bespalov məhkəməyə aparılarkən konvoylara hücum edib. Onlardan birinin silahını ələ keçirən Bespalov atəş açıb. Nəticədə bir polis həlak olub ikincisi isə yaralanıb. Onun qaçış anı yoldan keçən şəxs tərəfindən lentə alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh