İki avtomobil toqquşdu: 4 ölü, 12 yaralı - FOTO

Avtosfer Foto 17 Aprel 2019 08:28 Oxunub 1471
İki avtomobil toqquşdu: 4 ölü, 12 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Toqquşmanın şiddətindən maşınlarda olan bəzi sərnişinlər ətrafa səpələniblər

Türkiyənin Qaziantep əyalətində iki avtomobil toqquşub. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə İslahiyə-Hasa avtomobil yolunun 20-ci kilometrliyində baş verib. Toqquşmanın şiddətindən maşınlarda olan bəzi sərnişinlər ətrafa səpələniblər.

Qəza nəticəsində 4 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.

Digər sürücülərin çağırışı ilə hadisə yerinə səhiyyə, polis və xilasetmə əməkdaşları gəliblər.

Yaralılara ilkin tibbi yardım edildikdən sonra İslahiyə, Nurdağı və Qaziantepdəki xəstəxanalara aparılıblar.

Polis qəzanın baş vermə səbəblərini araşdırır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh