Azərbaycanda dəhşət: avtobus aşdı, 3 nəfər  öldü - SİYAHI

Avtoxəbər 25 Mart 2015 14:03 Oxunub 5190
Azərbaycanda dəhşət: avtobus aşdı, 3 nəfər  öldü - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mingəçevirdə baş verən dəhşətli qəzada 12 nəfər xəsarət alıb

Bu gün Mingəçevirdə ağır yol qəzası baş verib. Mingəçevir rayon polis şöbəsindən verilən məlumata görə, Mingəçevir avtovağzalı yaxınlığında 8 nömrəli sərnişin avtobusu yüksək sürətlə hərəkət edərkən minik maşınına çırpılıb. Zərbənin təsirindən avtobus aşıb. Qəza zamanı 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlar əməkdaşları, xilasedicilər və həkimlər cəlb olunub. İlkin məlumata görə, hadisəyə sərnişin avtobusunun yüksək sürətlə hərəkət edərkən dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

Ağır yol qəzasında vəfat edən və yaralıların kimlikləri məlum olub. Mərkəzi Xəstəxanadan anspress-ə verilən məlumata görə, qəzada dünyasını dəyişən və yaralananlar aşağıdakılardır: 

 

Dünyasını dəyişənlər:

 

Telman Savalan oğlu Qəmbərov – 1955-ci il 

Asif Əli oğlu Həsənov – 1944-cü il 

Turan Ehtiram oğlu Abbasov – 1993-cü il 

 

Qəza zamanı yaralananlar:

 

Rüstəm Rüslan oğlu Mustafayev – 2000-ci il

Tahir Fəqan oğlu Səlimov – 1957-ci il

Süleyman Rəsul oğlu Alahverdiyev - 1997-ci il

İbrahim Çərkəz oğlu Hacılı – 1993-cü il

Səxavət Məhərrəm oğlu Cəfərov – 1984-cü il

Elgün Cəmil oğlu Qasımov – 1993-cü il

Rəsmiyyə Murad qızı Əzizova – 1970-ci il

Allahverdi Xalis oğlu Quliyev – 2004-cü il

Səmərrux Ələkbər qızı İsmayılova – 1975-ci il

Xədicə Xalis qızı Quliyeva – 1997-ci il

Afət Allahverdi qızı Quliyeva – 1970-ci il

Bəsti Abdulrəhman qızı Süleymanova – 1972-ci il

Məhbubə İsmət qızı Muradova – 1961-ci il

Arifə Ramiz qızı Xəlilova – 1977-ci il

Roza Telman qızı Abdullayev – 1955-ci il

Elton Ceyhun oğlu Tahirov – 1998-ci il

Yaralıların bəziləri isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh