"Ford" Rusiyadakı diler mərkəzlərinin sayını üç dəfə azaldacaq

Avtoxəbər 17 Aprel 2019 21:19 Oxunub 1592
"Ford" Rusiyadakı diler mərkəzlərinin sayını üç dəfə azaldacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların digər marka altında satışı istisna edilmir

"Ford" şirkəti Rusiya Federasiyasında avtomobillərin quraşdırılması üzrə zavodların bağlanmasından sonra bu ölkədəki diler mərkəzlərinin sayını üç dəfə azaltmaq niyyətindədir.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Avtomobil Dilerləri Asossiasiyasının rəhbəri Oleq Moseev bildirib. Məlumata görə, ticarət məntəqələrinin sayı 100-dən 30-a qədər azaldılacaq. Satış "Ford Transit ticarət maşınları vasitəsilə həyata keçiriləcək.

Qeyd edilir ki, digər ticarət mərkəzlərinin taleyi hələ ki, naməlumdur. Onların digər marka altında satışı istisna edilmir.

Məlumata görə, yaranmış vəziyyətdə dilerlərin bir hissəsi "Ford" şirkətindən təzminatların ödəniməsini tələb etmək niyyətindədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh