"Aston Martin" özünün ilk elektromobilini təqdim edib

Avtoxəbər 17 Aprel 2019 17:55 Oxunub 1387
"Aston Martin" özünün ilk elektromobilini təqdim edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni avtomobilin sayı məhduddur

"Aston Martin" şirkəti özünün ilk elektrik avtomobili olan "Rapide E"ni təqdim edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Motor" bildirib.

İkimühərrikli gücə malik, 800 volt sistemlik sürətli elektrik yükləmə ilə seçilən yeni avtomobilin sayı məhduddur - 155 ədəd.

"Aston Martin"in "Rapide E" istehsalını "Williams Advanced Engineering"lə (WAE) əməkdaşlıq şəraitində həyata keçirib. Fərdi sifariş üzrə istehsal edilmiş akkumulyator bloklara bölünərək, V12 mühərrikinin, ötürmə qutusunun və yanacaq bakının yerində yerləşdirilib. Onun həcmi 65 kilovat saatdır.

Batareya iki elektrik mühərriki qidalandırır. Mühərriklər yüksək sürtünmə diferensialı vasitəsilə arxa təkərləri açırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh