Tarix açıqlandı: Bakı küçələri 8 gün bağlı qalacaq

Yarışma 17 Aprel 2019 11:36 Oxunub 1403
Tarix açıqlandı: Bakı küçələri 8 gün bağlı qalacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Formula 1-ə görə yolların bağlanacağı və açılacağı vaxt müəyyənləşdi

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar yarışın keçiriləcəyi halqa üzrə yolların bağlanacağı vaxt dəqiqləşib. Avtosfer.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a yarışın təşkilatçısı olan Bakı Şəhər Halqası əməliyyat şirkətinin mətbuat katibi Nigar Arpadarai məlumat verib.

O bildirib ki, 22 aprel saat 01:00-dan etibarən yollar bağlanacaq: "Yarış bitdikdən sonra, 30 aprel səhər 06:00-da isə yollar yenidən açılaraq şəhər sakinlərinin xidmətinə veriləcək. Eyni zamanda yarış zamanı şəhər sakinləri üçün yeraltı və müvəqqəti qurulan yerüstü keçidlər hazırlanacaq".

Qeyd edək ki, aprelin 26-28-i tarixlərində Bakıda Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək. Bununla əlaqədar 22-30 aprel tarixlərində aşağıdakı küçələr bağlı olacaq:

Neftçilər prospekti "Azneft" dairəsindən "Port Baku"yadək, Puşkin küçəsi - Neftçilər prospekti Xəqani küçəsinə kimi, Xəqani küçəsi - Puşkindən Behbudova kimi, Rəşid Behbudov - Xəqani küçələrindən Neftçilər prospektinə kimi, Zərifə Əliyeva küçəsi - Puşkindən Rəsul Rzayadək, Rəsul Rza küçəsindən Zərifə Əliyeva prospektinə kimi, Əziz Əliyev, İstiqlaliyyət, Niyazi küçələri.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh