Bakı Nəqliyyat Agentliyi az xərclə çox iş görməyə başladı – 74 nöqtədə

Yazarlar 17 Aprel 2019 16:56 Oxunub 1883
Bakı Nəqliyyat Agentliyi az xərclə çox iş görməyə başladı – 74 nöqtədə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nişanlar və nişanlanma xətləri ilə bağlı Bakıda xeyli problem var

 

Bakı Nəqliyyat Agentliyi 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılmasını hədəfləyən layihənin icrasına başlayıb. Hazırda işlər 20 kəsişmədə aparılır. Zəruri olan yerlərdə sarı kəsişmə toru nişanlanması təşkil ediləcək. Çoxlarına qəribə görünsə də, sarı torların yolayrıcını keçmə qaydalarına riayət etməyən sürücülərə təsiri böyükdür. Son dövrlər dünyada gedən inkişaf prosesinin fonunda sürücü və piyadalar üçün hərəkətin təşkilində daha tez qavranmaq imkanları yaradılır. Onlardan biri də sarı tor layihəsidir. Bunun sayəsində sürücülər artıq başa düşürlər ki, yolayrıcını keçmək qaydası necə olmalıdır, qayda pozuntusu nədən ibarətdir və ən əsası, hansı hallarda cərimə yazıla bilər.
Əlbəttə, sarı torların çəkildiyi ərazilərdə sürücülər üçün dəqiq şərait yaradılması vacibdir. Sürücü sarı tora daxil olmazdan əvvəl svetoforun siqnalları aydın görə, saniyələri rahat izləyə bilməlidir. Əks halda sürücü yol boş olduqda belə hərəkəti davam etdirməyib tıxaca səbəb olacaq, ya da svetoforun qırmızıya keçməsinə az qalmış hərəkət edib cərimə ediləcək.
Ümumən yanaşdıqda sürücülər üçün sarı torlar çox əhəmiyyətlidir. Çünki illərdir aparılan təbliğat işlərinə baxmayaraq hələ də qarşıda sıxlıq olduğunu görə-görə yolayrıcına daxı olub hərəkəti tam başa çatdıra bilməyən və bununla da sağdan-soldan gələnlərin yolunu kəsən sürücülər çoxdur. Yol polisi belələrinə cərimə yazası olsa o zaman gün ərzində Bakıda yüzlərlə belə sürücü aşkarlamaq olar. Lakin sarı torların olduğu ərazilərdə sürücülər artıq özlərini yığışdırıb yolayrıcını keçmə qaydasına qanunda nəzərdə tutulduğu formada əməl edirlər. Deməli, bu da bir təsir vasitəsidir.
Üstəlik, bununla yollarda sıxlıq azalır, hərəkət intensivliyi təmin edilir. Artıq son vaxtlar şəhərin bir sıra küçə və prospektində nəqliyyat sıxlığı azalıb. Bu isə ictimai nəqliyyatın hərəkətinə də təsir edir. Bununla da ictimai nəqliyyatın fəaliyyəti stabilləşir. Avtobuslar arasında intervalda gecikmələr olmayacaq. Artıq bu proses özünü göstərməkdədir.
Layihə çərçivəsində yol nişanlarındakı çatışmazlıqlar aradan qaldırılır, yol nişanlanmaları yenilənir. Buna çoxdan ehtiyac var idi. Nişanlar və nişanlanma xətləri ilə bağlı Bakıda xeyli problem var. Bunların həlli hərəkət təhlükəsizliyi üçün önəmlidir.
Layihənin əsas özəlliyi minimum investitsiya ilə daha çox problemin həllinə nazil olmaqdır. Yəni, kiçik bir iş üçün milyonlar xərcləməyə ehtiyac yoxdur. Az pulla çox iş görmək faydalıdır. Bəzən hansısa bir yolayrıcına illərlə baş sındırıb milyonlar xərcləmək barədə düşünməkdənsə sadə düsturlar üzərində işləmək daha çox xeyir gətirir. Bu gün BNA tərəfindən Bakıda bir neçə bu tipli layihə həyata keçirilir.
Görülən bu işlər sayəsində şəhər mərkəzində nəqliyyat şəraiti getdikcə yaxşılaşacaq, yolların nəqliyyatı buraxma qabiliyyəti artacaq.
 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh