Azərbaycanda 283 ədəd minik avtomobili istehsal olunub

Avtoxəbər 17 Aprel 2019 20:38 Oxunub 1034
Azərbaycanda 283 ədəd minik avtomobili istehsal olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ilin yanvar-mart ayları ərzində

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 53,7 mln. manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 85,6%, maşın və avadanlıqların istehsalı 13,2%, sair nəqliyyat vasitələrinin istehsalı isə 2,6% artıb.

Dövr ərzində 313 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin ilk rübü ilə müqayisədə 30,3% azdır. Bu ilin birinci rübündə ölkədə 283 ədəd minik avtomobili istehsal olunub. Bu dövr ərzində ölkədə fəvvarə armaturunun istehsalı 46,7%, ştanqlı quyu nasoslarının istehsalı 46,1%, mancanaq dəzgahlarının istehsalı 8,8% artıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh