İran Azərbaycanda avtobus zavodu tikəcək

Yeniliklər 18 Aprel 2019 08:42 Oxunub 1454
İran Azərbaycanda avtobus zavodu tikəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müştərək avtobus istehsalı zavodunun təməlqoyma mərasimi olacaq

Bu gün İran İslam Respublikasının Sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin Azərbaycana rəsmi səfərə gələcək.

Bu barədə "ölkə.az"a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. İranlı nazir aprelin 18-də İqiqtisadiyyat  naziri Şahin Mustafayev, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, həmçinin Dövlət gömrük komitəsinin sədri Səfər Mehdiyevlə görüşəcək.

Aprelin 19-da isə iranlı nazir Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşəcək. O həmin eyni zamanda aprelin 19-da  Hacıqabulda İran və Azərbaycanın müştərək avtobus istehsalı zavodunun təməlqoyma mərasiminə qatılacaq, bununla yanaşı Hacıqabulda ticarət forumu və mətbuat konfransında da iştirak edəcək Həmin günün sonunda isə "Çinar Plaza"da yerləşən Azərbaycan və İran Ticarət Mərkəzinin açılışı mərasiminə qatılacaqdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh