"Protiv" gedən, qırmızı işıqda keçən "NİVA" - VİDEO

Avtosfer TV 18 Aprel 2019 09:11 Oxunub 1769
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əminik ki, bu sürücü barəsində DYP lazimi ölçü götürəcək

Bakıda Elşən Süleymanov küçəsində 90 XU 085 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobilin sürücüsü ardıcıl olaraq iki dəfə qaydaları pozub. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Belə ki, sözügedən nəqliyyat vasitəsinin sürücüsü ilk olaraq hərəkətin tam əksinə çıxaraq avtomobili idarə edir, sonra isə nizamlanan yol ayrıcında işıqforun qadağanedici siqnalına məhəl qoymadan hərəkətini davam etdirir.

Qeyd etmək istərdik ki, son zamanlar “Niva” markalı avtomobillərin bu tip qayda pozuntuları artmaqdadır. Dövlət Yol Polisinin də bu cür sürücülər barəsində ciddi tədbirlər görməsi də danılmaz həqiqətdir. Əminik ki, bu sürücü barəsində də  DYP lazimi ölçü götürəcək.

Rüstəm

ŞƏRH YAZ
Ad

E-mail

Şərh