Hansı avtomobil birinci keçməlidir? – SUALIN DOĞRU CAVABI

Yarışma 26 Mart 2015 00:56 Oxunub 7107
Hansı avtomobil birinci keçməlidir? – SUALIN DOĞRU CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sulaının doğru cavabını və qalib gəlmiş şəxsin kimliyini açıqlayıb. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün verilən həmin sual sərt yoxuşlu (qarşıdan hərəkət üçün sərt enişli) yolda yolayrıcını keçmə qaydası ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Bu yolayrıcını hansı nəqliyyat vasitəsi ilk olaraq keçməlidir? 

A) Sola dönmək istəyən avtomobil, çünki o, sərt yoxuşla yuxarıya doğru hərəkət etdiyindən enişdə olan avtomobilin sürücüsü ona yol verməlidir;

B) Enişlə hərəkət edən avtomobil, çünki o, istiqamətini dəyişmədən düzünə hərəkət edir;

C) Bu vəziyyətdə sürücülər öz aralarındakı razılığa uyğun hərəkət etməlidirlər.

Sualın ilk doğru cavabını Zaur Haciyev adlı oxucumuz verib. Onu təbrik edirik. «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59 nömrəsinə zəng etmək xahiş olunur.

İndii isə sualın daha ətraflı cavabını təqdim edirik:

Şəkildə yolun sərt yoxuş (eniş) olan sahəsində yerləşən üçtərəfli yolayrıcı verilib. Yoxuşla yuxarı hərəkət edən avtomobil bu yolayrıcında sola dönmək istəyir, aşağı hərəkət edən avtomobil isə düzünə hərəkətini davam etdirmək istəyir. Nəzərə almaq lazımdır ki, “Yol hərəkəti haqqında” Qanunun 51-ci maddəsinin 7-ci hissəsinin sərt enişdə (yoxuşda) hərəkət növbəliliyinə dair tələbi yalnız qarşılıqlı keçməni çətinləşdirən maneə olduğu hallara aiddir. Bizim şəkildə isə qarşılıqlı keçməni çətinləşdirən maneə yoxdur və yolayrıcı var. Belə halda sürücülər yolayrıcını keçmənin adi qaydalarına riayət etməlidirlər və deməli, “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq eyni əhəmiyyətli yolların kəsişdiyi nizamlanmayan yolayrıcında sola dönən relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşı tərəfdən düzünə hərəkət edən nəqliyyat vasitəsinə yol verməlidir.

Beləliklə, sualın doğru cavabı “B” variantı olacaq: Bu yolayrıcını ilk olaraq enişlə hərəkət edən avtomobil keçməlidir, çünki o, istiqamətini dəyişmədən düzünə hərəkət edir.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır.

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

ceyhun 10 Noyabr 2014 22:55
Qara mawin.. duz gelen mawin.
nazim 10 Noyabr 2014 22:55
A Sola dönmək istəyən avtomobil, çünki o, sərt yoxuşla yuxarıya doğru hərəkət etdiyindən enişdə olan avtomobilin sürücüsü ona yol verməlidir;
nazim 10 Noyabr 2014 22:55
A Sola dönmək istəyən avtomobil, çünki o, sərt yoxuşla yuxarıya doğru hərəkət etdiyindən enişdə olan avtomobilin sürücüsü ona yol verməlidir;
TURKAY XAQAN 10 Noyabr 2014 22:55
MEN C VARIATINI SECIREM