Yol polisi sürücülər üçün maarifləndirici tədbir keçirir - FOTO

Yol polisi 18 Aprel 2019 10:38 Oxunub 3191
Yol polisi sürücülər üçün maarifləndirici tədbir keçirir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP-nin stasionar postlarında rəsm bukletləri sürücülərə təqdim olunur

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda maarifləndirici tədbir keçirir. İdarənin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, DYP-nin stasionar postlarında BDYPİ-nin hazırladığı “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” mövzusunda rəsm bukletləri sürücülərə təqdim olunur.

Həmin bukletlər yol hərəkəti qaydalarına riayət olunması, sürət rejiminə nəzarət edilməsi, sürücülərin, eyni zamanda sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsi və digər tövsiyyələrdən ibarətdir.

Xatırladırıq ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi aprelin 5-dən mayın 25-nə qədər “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi  keçirdir. Müsabiqənin keçirilməsi, əsərlərin qəbulu, qiymətləndirilməsi və qaliblərin müəyyən edilməsi qaydaları Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi dyp.gov.az saytında yerləşdirilib.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh