“Formula-1” Malayziyaya qayıdır

Yarışma 18 Aprel 2019 10:44 Oxunub 1364
“Formula-1” Malayziyaya qayıdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunu Sepanq avtodromunun direktoru Razlan Razali açıqlayıb

“Formula-1” üzrə dünya çempionatının mərhələ yarışı yenidən Malayziyada keçirilə bilər. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, bunu Sepanq avtodromunun direktoru Razlan Razali açıqlayıb.

O bildirib ki, Asiya ölkəsində yeni baş nazirin təyinatı “Formula-1”in Malayziyaya qayıtmasına təkan verib: “Bizim baş nazir yenidən hökumətə qayıdıb. O, əvvəllər Sepanq avtodromunun inşasının və “Formula-1” təqviminə daxil edilməsinin təşəbbüskarı olub. Mahathir Mohamad bu yarışın ölkəyə qayıtmasını istədiyini bildirib. Hərçənd 2017-ci ildəki mərhələdən sonra bizim planlarda ən azı 5 il “Formula-1”siz keçirmək var idi”.

R.Razali Malayziya Qran-Prisinin nə vaxt keçiriləcəyinin dəqiqləşmədiyini bildirib: “Gözləmək və vəziyyəti təhlil etmək lazımdır. Yaxın illərdə “Formula-1” dəyişikliklərə uğrayacaq. Biz bunu izləyirik və baş verənlərin yarışın Malayziyaya qayıtmasına kömək edəcəyini gözləyirik”.

Qeyd edək ki, “Formula-1” yarışları 1962-63, 1965, 1968-75, 1977-82, 1995, 1999-2017-ci illərdə Malayziyada keçirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh