Aytac Vahabovanın 18 yaşlı qardaşı avtomobil qəzasında ölüb

Qəzalar 18 Aprel 2019 13:42 Oxunub 1951
Aytac Vahabovanın 18 yaşlı qardaşı avtomobil qəzasında ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vahabovlar ailəsində yaşanan ikinci faciədir

İctimai Televiziyanın sabiq əməkdaşı Aytac Vahabovanın qardaşı dünyasını dəyişib. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, bu barədə A.Vahabovanın dostları sosial şəbəkələrdə məlumat yayıb. Bildirilir ki, 18 yaşlı Teymur Vahabov avtomobil qəzasında həlak olub.

Qeyd edək ki, bu, Vahabovlar ailəsində yaşanan ikinci faciədir. 2016-cı ilin fevralında ailənin 23 yaşlı qızı Nigar Vahabova intihar etmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh