Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb

Gündəm 18 Aprel 2019 15:48 Oxunub 974
Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində

Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, aprelin 6-da Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolun kənarında dayanmış qəsəbə sakini R.Əzizov vurulub. Ayaq nahiyəsindən xəsarət almış piyada xəstəxanaya müraciət etməyib.

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Umnyaşkin müəyyən edilərək saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh