Baş İdarə İsmayıllıda yeni yol nişanları quraşdırır - FOTO

Yol nişanları 18 Aprel 2019 15:39 Oxunub 8786
Baş İdarə İsmayıllıda yeni yol nişanları quraşdırır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü və piyadaların təhlükəsizliyi üçün yeni yol nişanları və işıqforlar quraşdıırılır

Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən İsmayıllı şəhərində yeni yol nişanlarının quraşdırılması işi həyata keçirilir. İdarədən Avtosfer.az-a verilən məlumata görə, şəhərinin mərkəzi küçələrində, o cümlədən Heydər Əliyev prospektində sürücülərin və piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə yeni yol nişanları və işıqforlar quraşdıırılır. Əsasən şəhər məktəblərinin qarşısına, hərəkətin intensiv olduğu yollarda quraşdırılan işıqfor və yeni çəkilən piyada zolaqları yol hərəkəti iştirakçılarının maneəsiz hərəkətinə hesablanıb.
Qeyd edək ki, ümumilikdə 12 ədəd yeni işıqfor, 12 piyada zolağı, 12 stop xətti çəkilib, 14 ədəd isə müxtəlif yol nişanları quraşdırılıb. Şəhərin müxtəlif ərazilərinə yeni nişanların qoyulması işi bundan sonra da davam etdiriləcək.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh