Cahangir Hacıyevlə birgə ittiham olunan keçmiş direktorun cəzası azaldılıb

Gündəm 18 Aprel 2019 16:27 Oxunub 690
Cahangir Hacıyevlə birgə ittiham olunan keçmiş direktorun cəzası azaldılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan prosesdə

Bu gün Ali Məhkəmədə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security" MMC-nin baş direktoru olmuş İbrahim Hüseynov, Bakı Fındıq Emalı zavodunun keçmiş direktoru Azad Cavadov və bankın Nərimanov filialına rəhbərlik etmiş Məmməd Cahangirovun barələrində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərdən birinin cəzası dəyişdirilib. Belə ki, İ.Hüseynovun 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il, A.Cavadov 10 il 11 ay, İ.Hüseynov 8 il azadlıqdan məhrum edilib, M.Cahangirova isə 7 il 6 ay şərti cəza verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh