Formula 1 Malayziya Qran-Prisi yenidən keçirilə bilər

Yarışma 18 Aprel 2019 16:54 Oxunub 1454
Formula 1 Malayziya Qran-Prisi yenidən keçirilə bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İndi biz vəziyyəti təhlil edəcəyik

Malayziya siyasi və iqtisadi səbəblərdən Qran-Pri keçirilməsindən imtina edib və Formula 1-lə kontrakt ildə 67 milyon dollar ödənilməsini nəzərdə tutur. Lakin vəziyyət dəyişib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Sepange avtodromunun tikintisinin təşəbbüskarı Mahathir Mohamad yenidən hökumət rəhbəri seçilib və indi yürüşlərin keçirilməsi üçün vəsait tapılacağına ümid yaranıb.

Avtodromun direktoru Razlan Razali deyib: “Bizim yeni Baş nazir vaxtilə avtodromun tikintisinin və Formula 1 yürüşlərinin keçirilməsinin təşəbbüskarı olub. O, yenidən hakimiyyətə qayıdıb. Mahathir Mohamad günlərin birində Formula 1-i Malayziyaya qaytarmaq istəyirdi, lakin 2017-ci ildəki Qran-Pridən sonra biz ən azı 5 il bu yürüşlərin keçirilməyəcəyini gözləyirdik. İndi biz vəziyyəti təhlil edəcəyik. Eşitmişəm ki, yaxın iki-üç ildə Formula 1-də dəyişikliklər olacaq. Biz bu prosesləri izləyirik və istəyirik ki, Qran-Pri üçün dəstək olacaq V8 Supercars seriyasının mərhələsi keçirilsin. Keçən dəfə Formula 1-dən bizə rədd cavabı gəldi, lakin inanıram ki, razılıq əldə edəcəyik və Qran-Pri mərhələsinin yenidən keçirilməsi ehtimalı güclənəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh