İki marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir - SXEM

Gündəm 18 Aprel 2019 16:41 Oxunub 809
İki marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir - SXEM
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq

Nizami rayonu Keşlə qəsəbəsi Mirzə Ələkbər Sabir və Abdulla Mirzəyev küçələrinin kəsişməsində dəmir yol keçidində müxtəlif səviyyəli yol ötürücüsünün (tunel) inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti 18 aprel 2019-cu il gecə saat 00:00-dan etibarən tam məhdudlaşdırılacaq. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, bu səbəbdən, qeyd edilən ərazidən keçən 38 və 15 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Dəyişikliyə əsasən, 38 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi A.Mirzəyev küçəsinə keçirilib. 15 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar isə Mirzə Ələkbər Sabir küçəsi ilə Puşkin küçəsinin kəsişməsindən geri dönərək müəyyən olunmuş sxem üzrə hərəkət edəcəklər.
Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh