Şagirdlərin yolunu kəsən sürücü - FOTO

Avtosfer Foto 18 Aprel 2019 17:44 Oxunub 1485
Şagirdlərin yolunu kəsən sürücü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər gün burdan onlarla məktəbli keçir

Bəzən sürücülər avtomobili duz piyada keçidinin üstündə park edib gedirlər. Avtosfer.az xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində, 225 saylı orta məktəbin qarşısında piyada keçidini zəbt edən sürücü görüntülənib. 10 EE 387 dövlət nömrə nişanlı, "BMW" markalı avtomobilin sürücüsü maşını düz piyada keçidinin üstündə park edib. 
Qeyd edək ki, həmin keçiddən hər gün yüzlərlə məktəbli istifadə edir. Fotoları təqdim edirik. Düşünürük ki, bəlkə ictimai qınaq bu sürücünü bir daha eyni əməli etməkdən çəkindirər.

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh