Bakının mərkəzində yolların yenidən qurulmasına 2,45 milyon manat ayrılıb

Gündəm 18 Aprel 2019 19:19 Oxunub 627
Bakının mərkəzində yolların yenidən qurulmasına 2,45 milyon manat ayrılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident İlham Əliyev bu haqda sərəncam imzalayıb

Prezident İlham Əliyev "Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, sərəncamla Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,45 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh