Bakı metrosundan istifadə edənlərin sayı azalıb

Gündəm 18 Aprel 2019 19:33 Oxunub 669
Bakı metrosundan istifadə edənlərin sayı azalıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ilin yanvar-mart aylarında

Bu ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyatçılar 460,7 mln. nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,3% çox sərnişinə xidmət göstəriblər.

Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən xəbərə görə, sərnişinlərin 87,7%-i avtomobil nəqliyyatı, 12,1%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2019-cu ilin yanvar-mart ayıları ərzində 717,3 min sərnişin daşınıb, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,8% artım deməkdir.

Hesabat dövründə dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 44,4% artaraq 3,9 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 403,9 mln. sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,6% artım qeydə alınıb.

Sərnişinlərin 96%-i avtobus, 4%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,3%, sərnişin dövriyyəsi isə 1,7% artıb".

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,4% azalaraq 55,6 mln. nəfər olub. Hava nəqliyyatı ilə 477,7 min və ya 0,4% çox sərnişin daşınıb, daşımaların 99,8%-i dövlət, 0,2% isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh