14 yaşlı qıza hücum edən şəxs partiyanın üzvü deyil

Gündəm 18 Aprel 2019 19:45 Oxunub 669
14 yaşlı qıza hücum edən şəxs partiyanın üzvü deyil
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun əməllərinə hüquqi qiyməti məhkəmə verəcək

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızına hücum edən Tural Qarayevin Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olması barədə sosial şəbəkələrdə yayılan məlumat həqiqətə uyğun deyil.

Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə YAP-dan məlumat verilib.

Qeyd olunur ki, T.Qarayevin YAP-a heç bir aidiyyətı yoxdur. Bu cür yalan məlumat məqsədli şəkildə yayılır və bu yolla partiyanın nüfuzuna xələl gətirməyə çalışırlar.

Qeyd edək ki, T.Qarayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və onun əməllərinə hüquqi qiyməti məhkəmə verəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh