Rusiyanın QAZ şirkəti defoltla üzləşə bilər

Avtoxəbər 18 Aprel 2019 19:56 Oxunub 1383
Rusiyanın QAZ şirkəti defoltla üzləşə bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlin ikinci yarısında istehsalın 40% aşağı düşəcəyi göstərilir

İlin ikinci yarısında istehsalın 40% aşağı düşəcəyi göstərilir Rusiyanın Qorki Avtomobil Zavodu (QAZ) Rusiya hökumətindən 30 mlrd. rubl məbləğində yardım istəyib. Səbəb kimi şirkətin defolta uğraya biləcəyi və ilin ikinci yarısında istehsalın 40% aşağı düşəcəyi göstərilir. Avtosfer.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, QAZ Qrupunun baş direktoru Vadim Sorokinin Rusiyanın baş nazirinin müavini Dmitri Kozaka məktubunda 29,5 mlrd. rubl məbləğində yardımın ayrılması xahiş olunur. ABŞ sanksiyaların altında olan QAZ sözügedən vəsait olmasa defolt və mənfi sosial-iqtisadi nəticələrin riskini proqnozlaşdırır. Sanksiyaların nəticəsində ilin ikinci yarısında istehsal 40% düşəcək, bu da şirkətin öz kredit portfelini təmin etməyə imkan verməyəcəyinə gətirib çıxara bilər. Qeyd edək ki, fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın "Azərmaş" şirkətinin QAZ ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib. Zavodun dəyəri 14 mln. manatdır. Burada ildə təxminən 1 000 ədəd QAZ markalı müxtəlif təyinatlı avtomobil yığılacaq. Zavodun inşası 2020-ci ildə yekunlaşacağı gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh