Yol polisi "Təmiz hava” aylığını davam etdirir - FOTO

Yol polisi 19 Aprel 2019 12:17 Oxunub 1239
Yol polisi "Təmiz hava” aylığını davam etdirir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xüsusi cihaz vasitəsilə yoxlanılmalar həyata keçirilir

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən respublika ərazisində "Təmiz hava” aylığı keçirilir. Bununla yanaşı stasionar postlarda, eyni zamanda rayon Dövlət Yol Polisi şöbə və bölmələrində maarifləndirici tədbirlər davam etdirilir. Bu barədə Avtosfer.az Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib. Onun sözlərinə görə, tədbirin keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrinin istismarı nəticəsində atmosferə atılan qazlarını insanların həyatına ciddi təhlükə törətməsinin və havanın çirkləndirilməsinin qarşısının alınmasıdır.

“BDYPİ-nin stasionar postlarında saxlanılan sürücülərə bildirilir ki, nəqliyyat vasitələrinin yanacaq sisteminə nəzarət etməklə, saz vəziyyətə saxlanılmalı və xaric olunan qazlarının tərkibi ekoloji təhlükəsiz normalara uyğun olunmalıdır. Xüsusi cihaz vasitəsilə yoxlanılması zamanı ekoloji təhlükəsiz normalarına cavab verməyən nəqliyyat vasitələri yol polisi əməkdaşları tərəfindən aşkar olunur, sürücüləri inzibati məsuliyyətə cəlb edilir.”

Qeyd edək ki, "Təmiz hava” aylığı ölkəmizin bütün bölgələrində də davam edir.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh