Bu yerdə hər an qəza baş verə bilər: Dəyişiklik edilsin - TƏKLİF - VİDEO

Avtosfer TV 19 Aprel 2019 11:26 Oxunub 1318
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin öz güzgüləri ilə bunu görmək mümkün deyil

Heydər Əliyev prospekti ilə Davud Aslan küçəsinin kəsişməsində prospektin sağ yolu ilə hərəkət edənlərin qarşısında 2.5 (STOP) nişanı var. Lakin sürücülər həmin nişanın təsir sahəsində dayandıqda əsas yoldan, yəni tuneldən gəlib Davud Aslan küçəsinə dönən avtomobilləri heç cür görə bilmirlər.

Avtosfer.az təklif edir ki, bəzi görünmə məhdudiyyətli kəsişmələrdə olduğu kimi burada da nişanın yanına güzgü qoyulsun ki, həmin güzgü vasitəsi ilə əsas yoldan gələn avtomobilləri görmək olsun. Çünki avtomobilin öz güzgüləri ilə bunu görmək mümkün deyil. Ümid edirik ki, rəsmilər tezliklə məsələyə baxıb təklifimizi dəyərləndirər.


Həmin hissədən videogörüntünü təqdim edirik.

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh